“The Candlers” və “Independent Critics” şirkətləri tərəfindən hazırlanan “2024-cü ilin dünyanın ən gözəl simaya sahib olan 100 qadını” (“The 100 Most Beautiful Faces of 2024”) siyahısı dərc olunub.
Oxu.Az NTV.com.tr-yə istinadən xəbər verir ki, siyahıda Türkiyənin beş məşhur aktrisası yer alıb.
“Sol Yanım”, “İçimizden Biri”, “Sefir” və “Baba” seriallarında rol alan aktrisa Özge Yağız bu nüfuzlu siyahıda 97-ci sırada qərarlaşıb.
“Bir gece masalı” serialının ulduzu Su Burcu Yazgı Coşkun siyahıda 83-cü yerdədir.
“Kızılcık şerbeti”nin “Doğa”sı Sıla Türkoğlu 74-cü yeri tutub.
“Yalı Çapkını”nın ulduzu Afra Saraçoğlu 57-ci yerdədir.
Hande Erçel isə siyahıda 25-ci yerdə qərar tutub.
İlk 10-luğa düşən adlar isə aşağıdakılardır:
10. Casmin Tuks
9. Sidney Svini
8. Sitala
7. Rouz
6. Daşa Taran
5. Nenci Cuel Makdoni
4. Alba Baptista
3. Andrea Botes
2. Cisoo
1. Andrea Brillantes