“Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvilinin prezident sarayını tərk edərkən tərəfdarlarının dalğalandırdığı ABŞ bayrağı ölkədə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) uğursuzluğunu göstərir”.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransanın Patriotlar partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Siyasətçinin sözlərinə görə, ölkədə seçkinin nəticələrinin tanınmaması ilə bağlı səs-küylü bəyanatlara baxmayaraq, Zurabişvili yeni prezident seçildikdən sonra iqamətgahı tərk etməli olub.
“Onun az saylı tərəfdarlarının dalğalandırdığı ABŞ bayrağına baxın. Bu, MKİ-nin uğursuzluğudur. AB və NATO agenti sarayda qala bilmədi “, – Filippo yazıb.