“Hökumənin itkisi mənim üçün çox ağırdır. Bu ağır itkini bütün xalqım, dövlətim mənimlə bərabər yaşayır”.
Oxu.Az xəbər verir ki, bu fikirləri təyyarə qəzasında həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva ilə keçirilən vida mərasimində mərhum bələdçinin atası Cəlil Əliyev deyib.
O bildirib ki, qızı Hökumə ilə fəxr edir.
“Mən qızımla həmişə fəxr etmişəm. Onun xatirəsinin daim yaşadılmasını istəyirəm. Bunu çox istəyirəm”, – deyə o qeyd edib.
Xatırladaq ki, vida mərasimi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında keçirilir.
Məhərrəm Əliyev