İngiltərə Premyer Liqasının 19-cu turunun “Lester” – “Mançester Siti” oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, “Kinq Pauer” stadionunda baş tutan qarşılaşmada qonaqlar 0:2 hesabı ilə qalib gəliblər.
21-ci dəqiqədə “Mançester Siti”nin hücumçusu Savio “Lester”in müdafiə xətasından sonra hesabı açıb. 74-cü dəqiqədə isə Holand Savionun ötürməsindən fərqlənib.
Hazırda “Lester” turnir cədvəlində 18-ci yerdədir. Komanda 19 oyundan 14 xal toplayıb. Beş oyundan sonra qələbə həsrətinə son qoyan “Mançester Siti” isə 31 xalla 5-cidir. Çempionata 17 oyundan 42 xalı olan “Liverpul” başçılıq edir.