İtaliya A Seriyasının 18-ci turun “Yuventus” – “Fiorentina” matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, Turinin “Allianz” stadionundakı qarşılaşma heç-heçə başa çatıb – 2:2.
“Yuventus”dan yarımmüdafiəçisi Turam dubla imza atıb. “Fiorentina” isə yalnız 87-ci dəqiqədə məğlubiyyətdən qurtulmağı bacarıb.
Bu oyundan sonra “Yuventus” 32 xal toplayıb. Tiaqo Mottanın komandası A Seriyasının turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. “Bənövşələr” isə eyni xalla beşinci yerdədirlər. Onların ehtiyatda bir oyunu var.