Kanadada da təyyarə QƏZAYA UĞRADI – Uçuş-enmə zolağında yanğın

Kanadanın Halifaks hava limanında “Air Canada” aviaşirkətinə məxsus təyyarə təcili eniş edib. “PAL Airlines” tərəfindən həyata keçirilən “AC 2259” reysi yerli vaxtla təxminən 21:30-da (Bakı vaxtı ilə 06:30) sınmış şassi ilə yerə enib. Hadisə hava limanının müvəqqəti bağlanmasına səbəb olub.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə jurnalist Nik Sortor özünün “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Məlumata görə, eniş zamanı təyyarənin qanadı uçuş-enmə zolağına toxunaraq yanğına səbəb olub.

Təyyarədəki bütün sərnişinlər təxliyə edilərək tibbi müayinə üçün anqara aparılıb.

Təyyarədəki sərnişin və ekipaj üzvlərinin dəqiq sayı açıqlanmayıb. “Air Canada” və Halifaks hava limanı hadisənin səbəbləri, həmçinin təyyarənin vəziyyəti ilə bağlı hələlik ətraflı şərh verməyib.

Qeyd edək ki, bu hadisə Cənubi Koreyada “Boeing 737” təyyarəsinin şassisiz eniş etməyə cəhd göstərdiyi, nəticədə partlayışa və təyyarədəki demək olar ki, bütün sərnişinlərin ölümünə səbəb olan faciədən bir neçə saat sonra baş verib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More