Nadir idman avtomobili hərraca çıxarıldı: Çox ucuz qiymətə

Tanınmış klassik avtomobil dileri “Hagerty” 1982-ci ildə istehsal olunmuş, orta mühərrikli “Guanci SJJ” kupesini onlayn hərraca təqdim edib.

Oxu.Az auto.ruya istinadən xəbər verir ki, bu unikal idman avtomobili Çikaqo sənayeçisi Con Quansi tərəfindən hazırlanıb. Lakin layihə heç vaxt kütləvi istehsala keçməyib.

Cəmi üç prototip yığılıb və onlardan sonuncusu indi satışa çıxarılıb.

Hazırda nadir avtomobil üçün 22 min dollar təklif edilir. Bununla belə, hərracın başa çatmasına hələ bir həftədən çox vaxt qalır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More