Putin təyyarə qəzasına görə Tokayevə başsağlığı verdi

Rusiya tərəfinin təşəbbüsü ilə ölkə Prezidenti Vladimir Putin Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.

Oxu.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya dövlət başçısı dekabrın 25-də Aktau şəhəri yaxınlığında Qazaxıstan vətəndaşlarının da olduğu “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Tokayevə başsağlığı verib.

Söhbət zamanı bildirilib ki, hadisənin bütün təfərrüatlarını araşdıran Qazaxıstan hökumət komissiyası qəza yerindən tapılan registratorların deşifrəsinə Rusiya, Azərbaycan və Braziliyadan olan ekspertləri cəlb edəcək. Qazaxıstan ərazisində aparılan bu iş obyektiv və şəffaf olacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More