Rusiyanın “Qazprom” şirkəti Moldova tərəfinin müqaviləni pozması və tədarük üçün borcunu ödəməkdən imtina etməsi səbəbindən 2025-ci il yanvarın 1-dən bu ölkəyə qaz tədarükünü sıfıra endirir.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, Moldova tərəfinin qaz tədarükü borcunu ödəməkdən imtina etdiyinə görə dekabrın 28-də “Qazprom” “Moldovagaz”a bildiriş göndərib.
Qeyd edək ki, Moldova ilə Rusiya arasında münasibətlər Maya Sandu 2020-ci ildə keçirilən prezident seçkilərində qələbə çaldıqdan sonra pisləşməyə başlayıb. İki il əvvəl Moldova Rusiya əleyhinə sanksiyalara qoşulub və onlarla rusiyalı diplomatı ölkədən qovub.