Son iki gündə Sabunçuda pirotexniki vasitələrin satışı ilə məşğul olan 8 nəfər SAXLANILIB

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumata verilib.

Bildirilib ki, paytaxtın Sabunçu rayonunda son iki gün ərzində keçirilən növbəti tədbirlərlə partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan 8 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.

Faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More