Təyyarə qəzası ilə bağlı iş Rusiya İstintaq Komitəsinin mərkəzi aparatına verilib

Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı cinayət işi Rusiya İstintaq Komitəsinin mərkəzi aparatına verilib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a idarədən məlumat verilib.

“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) maddəsi ilə Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsi tərəfindən başlanmış cinayət işi hərtərəfli araşdırılması üçün Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə verilib”, – qurumdan bildirilib.

Komitə təhqiqatçıların, kriminoloqların və təyyarə qəzalarının araşdırılmasında təcrübəsi olan ekspertlərin daxil olduğu istintaq-əməliyyat qrupu yaradıldığını bildirib.

“Cinayət işi çərçivəsində hadisənin baş vermə şəraiti və təyyarənin qəzaya uğrama səbəblərini müəyyən etmək üçün bütün zəruri tədbirlər görülür”, – idarədən bildirilib.

Qeyd olunur ki, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Qroznıda əməliyyat müşavirəsi keçirib, ona Aktauda qəzaya uğrayan təyyarənin vəziyyətinin araşdırılması barədə məlumat verilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More