Təyyarə qəzasında həlak olan Həbib İsmayılovun cənazəsi Ağdaşda ailəsinə təhvil verilib

AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1999-cu il təvəllüdlü Həbib İsmayılovun cənazəsi Ağdaş rayonunun Ərəb kəndində ailəsinə təhvil verilib.

Oxu.Az “Report”a istinadla xəbər verir ki, hazırda kənddə onunla vida mərasimi keçirilir.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More