Təyyarə qəzasında həlak olan Ramin Ağayevin nəşi ailəsinə təhvil verilib

AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1996-cı il təvəllüdlü Ramin Ağayevin nəşi Sumqayıt şəhərinə gətirilib.

Oxu.Az “Report”a istinadla xəbər verir ki, qəzada həlak olan R.Ağayevin nəşi ailəsinə təhvil verilib.

Hazırda onunla vida mərasimi keçirilir.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More