Təyyarə qəzasında həlak olan Zaqatala sakinləri dəfn ediliblər

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Zaqatala rayon sakinləri dəfn ediliblər.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, qəzada həlak olan Zaqatala rayon Danaçı kənd sakinləri – 1977-ci il təvəllüdlü Arif Əsəbəli oğlu Carayev, 1990-cı il təvəllüdlü Hacıibrahim Süleyman oğlu Carayev və 1981-ci il təvəllüdlü Xizri İsa oğlu Ceerov, rayonun Höytala kənd sakini 1966-cı il təvəllüdlü Nərminə Salah qızı İgidova və Maqov kənd sakini 1996-cı il təvəllüdlü İbrahimxəlil Makkaşərif oğlu Kostiyev Danaçı, Höytala və Maqov kənd qəbiristanlıqlarında dəfn olunublar.

Dəfn mərasimlərində onların doğmaları, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan beş nəfərin nəşi Zaqatala rayonuna gətirilib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, qəzada həlak olan Zaqatala rayon Danaçı kənd sakinləri – 1977-ci il təvəllüdlü Arif Əsəbəli oğlu Carayev, 1990-cı il təvəllüdlü Hacıibrahim Süleyman oğlu Carayev və 1981-ci il təvəllüdlü Xizri İsa oğlu Ceerovun, rayonun Höytala kənd sakini 1966-cı il təvəllüdlü Nərminə Salah qızı İgidova və Maqov kənd sakini 1996-cı il təvəllüdlü İbrahimxəlil Makkaşərif oğlu Kostiyevin nəşləri bu gün səhər saatlarında ailələrinə təhvil verilib.

Xatırladaq ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 10 nəfəri Zaqatala rayon sakini olub, onlardan 5 nəfəri qəza zamanı həyatını itirib.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More