Təyyarə qəzasında ölən İsmayılın atası: “Bədənində zərbə izləri var idi”

“Bir ata kimi ilk növbədə Birinci Vitse-Prezident Mehriban Əliyevaya göstərdiyi qayğıya görə təşəkkürümü bildirirəm. Onun tapşırıqları əsasında bütün rayon icra hakimiyyətinin strukturları zəng edib mənimlə maraqlandılar. Köməklik göstərməyə hazır olduqlarını qeyd etdilər. Bu gün dəfn mərasiminə məhz Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun, habelə AZAL-ın nümayəndələri də gəlmişdilər”.

Oxu.Az xəbər verir ki, bunu Azxeber.com-a açıqlamasında dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən təyyarədə qəzaya uğrayaraq həlak olan İsmayıl İsmayılovun atası Hamlet İsmayılov deyib.

Atası mərhumun bədənində zərbə izləri olduğunu açıqlayıb:

“Meyit Bakıya bu gecə saat 2 radələrində gətirilib. Bədənində zərbə izləri var idi. Görünür, harasa dəyərək vəfat edib”.

İ.İsmayılovun valideyni sonuncu dəfə qəzadan bir gün öncə danışdığını bildirib:

“Sonuncu dəfə ayın 24-ndə telefonla əlaqə saxlamışdıq. Dedi ki, sabah (yəni 25 dekabrda) Qroznıya görüşə getməliyəm. İki bacının bir qardaşı idi. 7 yaşlı bir qız övladı da var”.

Təyyarə qəzasında ölən İsmayılın atası: “Bədənində zərbə izləri var idi”







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More