Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktauda baş vermiş təyyarə qəzasının nəticələrinin aradan qaldırılmasında iştirakına görə bir qrup qazaxıstanlını mükafatlandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə akorda.kz məlumat yayıb.
“Prezident Kasım-Jomart Tokayev Mangistau vilayətində qəzaya uğrayan “AZAL” aviaşirkətinə məxsus təyyarənin sərnişinlərinin xilas edilməsində cəsarət, peşəkarlıq və vətəndaş məsuliyyəti nümayiş etdirmiş Qazaxıstan vətəndaşlarının böyük bir qrupunu mükafatlandırıb”, – deyə məlumatda bildirilir.
Mükafatlandırılanlar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, həkimlər, polis əməkdaşları, Mangistau Regional Elektrik Şəbəkəsi Şirkətinin və Aktau Beynəlxalq Hava Limanının əməkdaşları da var.