Xırdalan dairəsində kişi özünü körpüdən atdı

Xırdalanda kişi özünü körpüdən atıb.

Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Bakı-Sumqayıt şosesində, Xırdalan dairəsi ətrafındakı körpüdə qeydə alınıb.

Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ramin Orucov körpüdən özünü atıb. Nəticədə, müxtəlif bədən xəsarətləri alan R.Orucov xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, R.Orucov səhhətindəki problemlər üzündən intihara cəhd edib.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More