“Abzas Media”, “Toplum TV” və “MeydanTV” işində gizlinlər ortaya çıxdı – YENİ DETALLAR

Ölkə ərazisində informasiya təxribatçılığı və bu istiqamətdə fəaliyyətlə süni gündəmlər yaratmaqla vəzifələndirilmiş media resursları – “Abzas Media”, “Toplum TV” və “MeydanTV” ətrafında araşdırmalar intensiv şəkildə davam edir.

İctimaiyyətin bu məsələdə gözləntilərini nəzərə alaraq məlumatlı şəxslərlə apardığımız söhbətlərdən bir sıra yeni detalları əldə etmişik. Etibarlı mənbələrimizin verdiyi sözügedən məqamları təhlil edərkən diqqətimizi çəkən bu olub ki, məlum media resurslarının qanunsuz və gizli maliyyələşməsində kamuflyaj təşkilat rolu oynayan Bakı Jurnalistika Məktəbi həlledici fəaliyyət göstərib.

Xüsusilə də həmin təşkilatın faktiki rəhbəri Ülvi Tahirov yetəri qədər fəallıq edib. Belə ki, Ülvi Tahirov Avropa İttifaqı tərəfindən yaradılmış “The Europen Endowment for Democracy” təşkilatı ilə 2016-2023-cü illərdə əməkdaşlığı zamanı həmin təşkilatın Azərbaycan üzrə kuratoru, şərti adı Alyona Tatlin və ya Aleks olan Aleksandra Kirbi ilə 27 mart 2019-cu il tarixdə Kiyev şəhəri, Xmelniçni küçəsi, 56 saylı ünvanda yerləşən ofisdə, 8 iyul 2022-ci il tarixdə isə Tiflisdə görüşüb.

Proses daha sürətli olsun deyə Ülvi Tahirov həyat yoldaşı Rəna Tahirovanı da müxtəlif görüşlərə cəlb edib ki, buna misal olaraq R.Tahirovanın 18 aprel 2024-cü ildə Brüsseldə Aleksandra Kirbi ilə keçirilən görüşünü göstərə bilərik. Amma onların bu görüşü uğursuz olub, Tahirovanın qrant maliyyəsi üçün müraciətinə Aleksandra Kirbi müsbət cavab verməyib. Buna səbəb isə Aleksandra Kirbinin “Abzas Media”nın direktoru Ülvi Həsənli və ona yaxın Meclis.info saytının rəhbəri İmran Əliyevlə əlaqələri aşkarlanaraq mediada bəyan edilməsidir. Kirbinin ifşa olduğunu görən əsl sifarişçilər tələm-tələsik onu yeni kuratorla əvəzləmək məcburiyyətində qalıblar. Və Azərbaycan üzrə yeni kurator olaraq Belçika vətəndaşı Nikolas Personsu təyin ediblər.

Hazırda Ülvi Tahirov və digər yerli maşaların barəsində başlanmış cinayət işi “The Europen Endowment for Democracy” təşkilatının planlarını alt-üst edib. Onlar Azərbaycan üzrə nəzərdə tutulan bütün layihələrini müvəqqəti olaraq dondurduqlarını bəyan ediblər.

Mənbəmizdən əldə etdiyimiz məlumatlardan çıxış edərək deyə bilərik ki, sözügedən istiqamətdə görülən tədbirlər günbəgün yeni-yeni faktları və adları üzə çıxarır. Bu səbəbdən də məlum dəstə və çevrələrlə əlaqəli olan şəxslərin özlərinin hüquq-mühafizə orqanlarına müraciət etmələri onların özləri üçün daha faydalı ola bilər.

Daha ətraflı Baku TV-nin süjetində:

“Abzas Media”, “Toplum TV” və “MeydanTV” işində gizlinlər ortaya çıxdı – YENİ DETALLAR







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More