AZAL təyyarəsində qəzaya uğrayan Qırğızıstan vətəndaşları Bişkekə yola salınıblar

Aktauda Azərbaycan Hava Yollarına məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan Qırğızıstan vətəndaşları Bişkekə yola salınıblar.

Oxu.Az xəbər verir ki, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Qazaxıstanın Aktau şəhərində baş vermiş qəzada xəsarət alan üç Qırğızıstan vətəndaşının olduğu təyyarə dekabrın 30-na keçən gecə Bişkəkdəki Manas Beynəlxalq Aeroportuna enib.

Bildirilib ki, sözügedən şəxslər hava limanından təcili tibbi yardım maşınları ilə Milli Xəstəxanaya aparılıblar.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More