Paytaxtın Xəzər rayonunda polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan M.Abdullayev müəyyən olunaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, ondan müxtəlif təyinatlı 5000 ədəddən artıq pirotexniki vasitə aşkarlanıb.
Bildirilib ki, faktla bağlı toplanmış material üzrə araşdırmalar davam etdirilir.