İtaliya A Seriyası: “Milan”-“Roma” matçında qalib müəyyənləşmədi

İtaliya A Seriyasında 18-ci turun “Milan” – “Roma” matçı başa çatıb.

Oxu.Az xəbər verir ki, San Siro (Cüzeppe Meazza) stadionundakı oyunda komandalar 1:1 hesabı ilə bərabərə qalıblar.

16-cı dəqiqədə “Milan”ın yarımmüdafiəçisi Teyani Reynders hesabı açıb. “Roma”nın cavab qolunu 23-cü dəqiqədə hücumçu Paulo Dibala vurub.

Beləliklə də, keçirdiyi 17 oyundan sonra “Milan” 26 xalla A Seriyasının turnir cədvəlində səkkizinci yerdədir. “Roma” eyni sayda oyundan sonra 19 xal toplayaraq 11-ci yerdə qərarlaşıb. İtaliya çempionatına 41 xalı olan “Atalanta” başçılıq edir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More