Paris Olimpiadasının medalları keyfiyyətsiz çıxdı

Fransa üzgüçülərü 2024-cü il Paris Olimpiadasında qazandıqları bürünc medalları aldıqdan cəmi altı ay sonra onların ciddi aşınmasından şikayətləniblər. İdmançılar sosial şəbəkələrdə korlanmış mükafatların fotolarını yayıblar.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, üzgüçü Kleman Sekki medalın bürünc örtüyünün soyulması ilə daha çox timsah dərisindən hazırlanmış məhsula bənzədiyini bildirib.

Başqa bir üzgüçü Yoan Dnoye Brur da medalının acınacaqlı vəziyyətindən şikayətlənib. Onun fikrincə, bu medallar sanki Eyfel qülləsindən sökülən konstruksiyalardan hazırlanıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More