Qazaxıstanlı rəsmi: “Aktauda qəzaya uğrayan təyyarənin “qara qutu”ları bütün detalları açıqlayacaq”

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsində iki saatlıq qeyd yaddaşı olan registratorlar (qara qutu) quraşdırılıb, deşifrə olunduqdan sonra orada insidentin bütün detalları aydın olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstan nəqliyyat nazirinin müavini Talqat Lastayev “Kazinform” agentliyinə müsahibəsində bildirib.

“Adətən, təyyarənin arxa hissəsində iki registrator quraşdırılır. Bu təyyarənin hər iki qeyd cihazı tapılıb. Onlar indi deşifrə olunması üçün Braziliyaya göndərilir. Konkret bu təyyarədə ekipajın iki saatlıq işini və təyyarənin texniki parametrlərini qeyd edən registrator var. Araşdırma zamanı demək olar ki, hadisənin bütün detalları aydın olacaq”, – Lastaev bildirib.

O xatırladıb ki, qara qutular iki növə bölünür.

“Səs registratoru baş verən hər şeyi, bütün danışıqları qeyd edir. İkinci registrator isə uçuş zamanı təyyarənin texniki parametrlərini qeydə alır”, – nazir müavini izah edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More