Rus aviaşirkətinin daha bir təyyarəsi məcburi eniş edib

Tümendən Krasnoselkupska uçan “Utair” aviaşirkətinin təyyarəsi, ekipajın nasazlıq barədə məlumat verməsindən sonra dekabrın 30-da səhər saatlarında Yamalo-Nenets Muxtar Dairəsində tək pərlə məcburi eniş edib.

Oxu.Az-ın məlumatına görə, təyyarənin görüntülərini “Moy Krasnoselkupsk” “Telegram” kanalı paylaşıb.

Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hazırda təyyarə uçuşlardan kənarlaşdırılıb. Tümenə əks-reys üçün ehtiyat təyyarə gözlənilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Cənubi Saxalinsk-Novosibirsk sərnişin təyyarəsi sərnişinlərdən birinin ölümü səbəbindən İrkutsk vilayətinin Bratsk şəhərinin hava limanına məcburi eniş edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More