2024-cü ildə Azərbaycanda uşaqlara verilən NADİR ADLAR

2024-cü ildə Azərbaycanda uşaqlara verilən bir sıra nadir adlar məlum olub.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu il Zərqələm, Tükəzban, Dağlar, Məhluqəzəhra, Səmərqənd, Tuncayə, Bikəxanım, Sərvinaz, Almaxanım, Nənəş, Arazəli, Dağıstan, Dağhan, Xanəli, Xanımzeynəb, Oğuzcan, Saniyə, Buludxan, Əmin, Əminağa, Dua, Amine, Aminaxatun, Canel adlarının hər biri bir uşağa verilib.

İl ərzində bir uşağa qoyulan nadir adlar sırasına Cansel, Qurbət, Malikə, Üseyd, Pavel, Mikael, Həkim, Namin, Qarakişi, Qabriealla, Üzel, Birgül, Sinay, Sifayə, Siadə, Xırdaxanım, Xına, Zinnurə, Çilənay, Çigəli, Şahməran, Şikar, Qılınc, Qıznişan, Limanə, Zinhar, Elis, Elmi, İlanur, İmmi də daxildir.

Eyni zamanda, Ramo, Güldanə, Bəyim, Bəyimxanım, Misir adlarının hər biri iki uşağa verilib, üç uşağa isə Nənəxanım, Zara, Şiraslan, Pamir adları qoyulub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More