25 dekabr tarixində bütün dünya dəhşətli təyyarə qəzasının şahidi olub.
Xarici KİV-lərdə dünya liderləri və səfirliklərin Bakıdan Qroznıya uçan və Aktau yaxınlığında qəzaya uğrayan təyyarə ilə bağlı Azərbaycana başsağlığı ifadə etdiklərinə dair xəbərlər yayımlanıb.
Almaniyanın “Deutsche Welle” nəşri “Azərbaycan və Braziliya Qazaxıstanda təyyarə qəzasının araşdırılmasına qoşulub” başlıqlı xəbər dərc edib. Qeyd olunur ki, Qazaxıstan Azərbaycan və Braziliya nümayəndələri ilə birlikdə Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərini araşdırır.
Mənbə Qazaxıstanın Nəqliyyat Nazirliyinin məlumatına istinad edib: “Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti, həmçinin AZAL-ın nümayəndələri Qazaxıstana gəliblər. Azərbaycanın aviasiya orqanları ilə sıx əməkdaşlıq şəraitində qəzanın baş verdiyi ərazidə işlər aparılır.
O cümlədən “Embraer” təyyarələrinin istehsalçı şirkəti və Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinin nümayəndələri də Qazaxıstana yola düşüblər”.
“Euronews” oxucularının diqqətinə çatdırır ki, “Azərbaycan Hava Yolları”nın qəzaya uğrayan təyyarəsinin ekipajı qəhrəmandır.
“Reuters” xəbər verir ki, təyyarə Rusiyanın Hava Hücumundan Müdafiə Sistemi tərəfindən vurulub. Eyni zamanda insident zamanı təyyarənin uçuş yoluna ən yaxın Mahaçqala hava limanı bağlanıb. Buna görə də xilasetmə əməliyyatı üçün sürətli eniş mümkün olmayıb.
Vurğulanıb ki, Qroznıya yaxınlaşarkən təyyarənin dispetçerlərlə əlaqəsi elektron döyüş sistemləri tərəfindən iflic olub.
Ətraflı Baku TV-nin süjetində: