Bakıda 4 nəfər Şaxta baba olmaq istəyib

Sabah Yeni ilə qədəm qoyuruq, amma maraqlı burasındadır ki, gözümüzə Şaxta baba və Qar qızı sataşmır.

Maraqlıdır, bayramqabağı Şaxta baba olmaq üçün neçə müraciət daxil olub? Həmçinin lisenziyanın qiymətində dəyişiklik varmı?

Oxu.Az bu suallarla müvafiq qurumlara üz tutub.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) sorğumuza cavab olaraq bildirib ki, rüsumun qiyməti dəyişməyib, 60 manatdır.

Bakı Şəhər Ticarət və Xidmət Departamentindən isə qeyd edilib ki, Bakı şəhəri üzrə Şaxta baba olmaq üçün 4 müraciət daxil olub:

“Sözügedən müraciətlərin hər biri müsbət cavablandırılıb”.

Məhərrəm Əliyev



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More