Biləsuvarda qəzada yaralanmış şəxs Bakıya gətirildi

Biləsuvarda qəzada yaralanan şəxs Bakıya gətirilib.

Oxu.Az “Unikal”a istinadən məlumat verir ki, qəzadan sonra iki nəfər – bacı-qardaş, Türkanə Kərimli və Eşqin Kərimli Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunur.

Bu gün Türkanə Kərimli müayinə və müalicə üçün Bakı şəhərinə ixtisaslaşmış xəstəxanalardan birinə yola salınıb.

Qeyd edək ki, bir neçə gün öncə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda 3 nəfərin ölümü, 8 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdi.

Qəzada dünyasını dəyişənlər VAZ-2107 markalı avtomobildə olub. Onlar Beyləqanın Yuxarı Aran qəsəbəsinin sakinləridir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More