Cəlilabadda gənclər arasında münaqişə: Bıçaqlananlar var

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, Cəlilabad rayonunun Hamarqışlaq kəndində gənclər arasında mübahisə yaranıb.

Münaqişə zamanı tərəflər kəsici-deşici alətə əl atıblar. Hadisə nəticəsində iki nəfər – 2002-ci il təvəllüdlü Rəhim Rövşən oğlu Qiyasov (döş boşluğunun sağ yarısının, döş boşluğunun sağ qəfəsinin ön səthinin kəsilmiş yarası) və 2004-cü il təvəllüdlü Elmir Namiq oğlu Teymurov (qarın divarının ön hissəsində kəsilmiş yarası) xəsarətlər alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More