İngiltərə Premyer Liqası: “Çelsi” səfərdə “İpsviç”ə uduzdu

İngiltərə Premyer Liqasının 19-cu turunun “İpsviç” və “Çelsi” komandalarının qarşılaşması baş tutub.

Oxu.Az xəbər verir ki, İpsviçdəki “Portman Roud” stadionunda keçirilən oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0.

Qarşılaşmada hesab 12-ci dəqiqədə açılıb. “İpsviç”in hücumçusu Liam Delap fərqlənib. 53-cü dəqiqədə Omari Hatçinson komandasının fərqini ikiyə çatdırıb.

Bu görüşdən sonra “İpsviç”in 19 oyundan 15 xalı toplayıb və İngiltərə Premyer Liqasında 18-ci yerdədir. Londonun “Çelsi” komandası İngiltərə çempionatının turnir cədvəlində dördüncü yerdədir (35 xal).



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More