Şotlandiyada təhlükə: Yeni il şənlikləri ləğv edildi

Edinburqda şotlandların Hoqmaney Yeni il bayramı üçün təşkil edilən küçə şənlikləri qasırğa xəbərdarlığına görə ləğv edilib. Həmçinin, Londonda da Yeni il atəşfəşanlığı güclü külək (sürəti 18 m/s-dən çox) səbəbindən baş tutmaya bilər.

Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Böyük Britaniyanın meteorologiya xidməti tərəfindən verilən güclü külək, yağış və qarla bağlı xəbərdarlıq yanvarın 2-dək qüvvədə qalacaq. Şotlandiyada külək ən güclü həddinə çata bilər. Dekabrın 31-də hava şəraiti ən sərt həddə olacaq və xəbərdarlıq İngiltərənin şimalının böyük hissələrinə, eləcə də Uelsin bir hissəsinə şamil olunacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More