Zelenski Prezident Aparatı rəhbərinin müavinini işdən çıxardı

Ukrayna Prezidenti Volodimir Zelenski Roman Maşovetsi Prezident Aparatı rəhbərinin müavini vəzifəsindən azad edib.

Oxu.Az korrespondent.net-ə istinadən xəbər verir ki, bu barədə Prezident Aparatının saytında dərc edilmiş sərəncamda bildirilir.

Məlumata görə, Maşovets 2014-cü ilin iyul ayından Ukrayna ordusuna hərbi-texniki yardımın təşkili ilə məşğul olub. Onun Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin yaradılmasında böyük rolu olub. Maşovets Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri haqqında bəzi qanunlarına dəyişikliklər edilməsi haqqında qanunun müəlliflərindən biridir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More