Azərbaycanəsilli biznesmen sərvətini ən çox artıran milyarderlər sıyahısında

Azərbaycanəsilli sahibkar, “Lukoil”un təsisçisi Vahid Ələkbərov Rusiya və dünyanın ən varlı insanları siyahısında öz mövqeyini xeyli möhkəmləndirib. Son məlumatlara görə, onun sərvəti 2024-cü ildə 2.59 milyard dollar artaraq 27.2 milyard dollara çatıb.

Oxu.Az bu barədə “Bloomberg Billionaires Index” (BBI) reytinqinə istinadən məlumat verir.

Hesabata əsasən, o, sərvəti 2024-cü ildə əhəmiyyətli dərəcədə artan rusiyalı milyarderlərin siyahısında üçüncü yerdədir.

Siyahıya “Nornickel”in təsisçisi Vladimir Potanin başçılıq edir, onun sərvəti 736 milyon dollar artaraq 31,8 milyard dollara çatıb. İkinci yerdə 29 milyard dollarla Vladimir Lisin durur.

Qeyd edək ki, dünyanın ən varlı 500 insanının sərvəti haqqında məlumatları özündə birləşdirən “Bloomberg Billionaires Index” 2012-ci ilin martından bəri dərc edilir. İndeks, xüsusilə şirkətlərin səhmlərinin dəyərinə əsasən hesablanır.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More