Azərbaycan XİN ABŞ-dəki hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-dəki hücumu pisləyib.

Oxu.Az xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.

“Birləşmiş Ştatların Nyu Orlean şəhərində onlarla insanın ölümünə və yaralanmasına səbəb olan iyrənc avtomobil hücumunu şiddətlə qınayırıq.

Düşüncələrimiz və dualarımız qurbanlar və onların ailələri ilədir.

Biz bütün forma və təzahürlərində terrorizmin bütün əməllərini, üsul və təcrübələrini birmənalı şəkildə pisləyirik”.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More