Çinin İnçuan şəhərinin Yunnin rayonunda 4,8 bal gücündə zəlzələ baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “China Daily” nəşri ölkənin Seysmoloji Şəbəkələr Mərkəzinə istinadən məlumat verib.
Məlumata görə, yeraltı təkanlar Pekin vaxtı ilə saat 10:01-də (Bakı vaxtı ilə 06:01) qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və ya dağıntılar barədə hələ ki məlumat yoxdur.