Türkiyənin “Fənərbağça” klubunu çalışdıran Joze Mourinyo İtaliya nəhəngi “Milan”ın təklifini geri çevirib.
Oxu.Az “SporX”ə istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı “Milan” klubun rəsmiləri ilə görüşərək mövsümü “sarı-lacivətlər”də başa vurmaq istədiyini bildirib.
Joze Mourinyo mövsüm sonunda İtaliya klubunun başına mümkün keçidinə isə razılıq verib.
Qeyd edək ki, Joze Mourinyo sonuncu dəfə İtaliyanın “Roma” klubunu çalışdırıb.