Mədəniyyət Nazirliyinə məxsus klubda yanğın olub

Şəmkir rayonunda yanğın hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.

Mədəniyyət Nazirliyinə məxsus klubda anidən yanğın başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More