İngiltərə Premyer Liqasının 19-cu turunun matçında “Arsenal” səfərdə “Brentford”a 3:1 hesabı ilə qalib gəlib.
Oxu.Az ESPN-nə istinadən xəbər verir ki, “topçular”ın qollarından birini braziliyalı hücumçu Qabriel Jezus vurub.
Braziliyalı futbolçu səkkiz ilə yaxındır ki, Premyer Liqada çıxış edir. O, 2017-ci ilin yanvarın 21-də liqada “Mançester Siti”nin heyətində debüt edib. Braziliyalı bu müddət ərzində qol vurduğu heç bir matçda komandası məğlub olmayıb.
Qeyd edək ki, Jezusun aktivində 62 belə oyun var.