Rusiyanın 20-yə yaxın şəhər və qəsəbəsində -50 dərəcədən aşağı temperatur qeydə alınıb

Yanvarın 2-də Yakutiyanın (Rusiya) 19 şəhər və qəsəbəsində havanın temperaturu -50 dərəcədən aşağı olub.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Ural Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi İdarəsi xəbər yayıb.

Ən aşağı temperaturlar Oymyakon, Batamay və Namtsı qəsəbələrində qeydə alınıb, burada termometrin göstəricisi -55°C-yə düşüb. Ust-Nera, Amqa və Çurapçada havanın temperaturu -54°C olub. Itık-Kyuel və Berdigestyaxda isə bir qədər “isti” olub – orada termometrin göstəricisi -53°C-ni göstərib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Hidrometeoroloji Mərkəzi yanvarda Uzaq Şərqdə temperatur rejiminin normadan aşağı olacağı barədə xəbərdarlıq etmişdi.

Bir gün əvvəl Oymyakon Yakutiyanın ən soyuq nöqtəsi olub. Belə ki, rəsmi məlumatlara görə, kənddə -56 dərəcə temperatur qeydə alınıb. Sosial şəbəkələrdə paylaşılan kadrlarda isə termometr -65 dərəcəni göstərib.

Rusiyanın 20-yə yaxın şəhər və qəsəbəsində -50 dərəcədən aşağı temperatur qeydə alınıb







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More