Təkcə Muğanlıda bişən qeyri-adi çörək necə hazırlanır?

Zaqatalanın Muğanlı kəndində bişirilən çörəyin sorağı, demək olar ki, hər tərəfə səs salıb.

Əhmədovlar ailəsi ata-babadan qalan ənənəni davam etdirdiyini bildirir.

Qeyd olunur ki, qatqısız olduğu üçün bu çörək mədə-bağırsaq xəstəlikləri, eləcə də şəkərli diabetdən əziyyət çəkənlər üçün faydalıdır.

Bu çörək həm çəkisinə, həm də bişirilmə qaydasına görə digərlərindən fərqlənir.

“Çörək bişəndə çəkisi üç kq olur. Qiyməti dörd manatdır. Mağazada satılan çörəyin yeddisinə bərabərdir. Çox doyumludur. Elə olub ki, birini 22 nəfər üçün dilimləmişəm, yeyib bitirə bilməyiblər. Saxlama şəraitindən asılı olaraq, bir aya yaxın xarab olmur”, – deyə çörək bişirən Azər Əhmədov söyləyib.

Daha ətraflı Baku TV-nin süjetində:

Təkcə Muğanlıda bişən qeyri-adi çörək necə hazırlanır?







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More