Tunis sahillərində Afrikadan olan miqrantları Saharadan cənuba daşıyan iki qayığın batması nəticəsində azı 27 nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə “Mosaique FM” radiostansiyası məlumat yayıb.
Məlumata görə, 83 nəfər xilas edilib.
Hadisə Şimali Afrika ölkəsinin şərqindəki Sfaks şəhəri yaxınlığında baş verib. Ölənlər arasında qadınlar və uşaqlar da var. Ümumilikdə qayıqlarda təxminən 110 nəfər olub.
Qeyd edək ki, Tunis sahillərində gəmi qəzaları müntəzəm olaraq baş verir. Belə ki, Aralıq dənizindəki Afrika ölkələrindən olan miqrantlar daima qeyri-qanuni yollarla Avropa ölkələrinə getməyə çalışırlar.