Ucarda intihar hadisəsi olub.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Bağban kəndində baş verib.
21 yaşlı Elbrus İsmayılov yaşadığı evin həyətində özünü asıb. Onun hansı səbəbdən özünü öldürməsi məlum deyil.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.