Almaniya və Fransanın xarici işlər nazirləri Suriyaya yola düşürlər

Almaniyanın xarici işlər naziri Annalena Berbok fransalı həmkarı Jan-Noel Barro ilə birlikdə Avropa İttifaqı (Aİ) adından Suriyaya birgünlük səfərə yola düşürlər.

Oxu.Az-ın “The Times of Israel”ə istinadən xəbərinə görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, səfər zamanı Berbok Suriyanın yeni hökumətinin lideri Əhməd əş-Şaraa ilə görüşəcək.

“Mənim fransız həmkarımla birlikdə və Aİ adından bugünkü səfərim suriyalılar üçün aydın siqnaldır: Avropa və Suriya arasında, Almaniya və Suriya arasında yeni siyasi münasibətlərin başlanması mümkündür”, – deyə Berbokun açıqlamasında bildirilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More