Avropa birjalarında qazın qiyməti 2023-cü ilin oktyabrından bəri ən yüksək səviyyəyə qalxıb.
Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir ki, hazırda qiymət 1000 kubmetr üçün 540 dollara (təxminən 918 manat – red.) çatıb.
Mavi yanacağın qiyməti Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqlinin dayandırılması ilə əlaqədar artıb.
Bundan əlavə, Norveçin Hammerfest şəhərində mayeləşdirilmiş təbii qaz zavodunun kompressor nasazlığı səbəbindən yanvarın 9-dək fəaliyyətini dayandırması qiymətə təsir göstərib.