Dünyanın ən böyük üçüncü kriptovalyutası bəlli oldu

XRP (Ripple) kriptovalyutası 139 milyard dollar bazar dəyəri ilə USDT-ni (“Ethereum”un ABŞ dollarının dəyərinə bağlı olan tokeni, “Tether”) ötüb keçib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Coingecko.com xəbər yayıb.

Bildirilir ki, XRP bazar kapitallaşması 139 119 747 733 dollar təşkil edir. Token bu göstəriciyə görə “CoinGecko” reytinqində 3-cü yeri tutur.

“XRP qiyməti son yeddi gündə 10.40% artıb. Bu, 3.90% artan qlobal kriptovalyuta bazarının göstəricisindən daha yaxşıdır”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, bazar kapitallaşması XRP tokenlərinin qiymətini dövriyyədə olan token sayına vurmaqla hesablanır (hazırda bazarda 57.41 milyard token var).

Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More