Əfsanəvi yarış avtomobili satışa çıxarıldı

“RM Sotheby’s” hərracında 1957-ci ilin əfsanəvi “Chevrolet Corvette SS Project XP-64” yarış avtomobili satılır.

Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, o 1967-ci ildən indianapolis Avtomobil Muzeyinin kolleksiyasındadır.

Mütəxəssislər lotun qiymətinin 5-7 milyon dollar arasında ola biləcəyini düşünürlər.

Avtomobil ən əfsanəvi yarış korvetlərindən biri hesab olunur. Onun hazırlanmasına 1957-ci ilə qədər uğurlu yarışçı kimi şöhrət qazanmış Zora Arkus-Dantov rəhbərlik edib.

“Corvette SS Project XP-64″ün çəkisi 839 kiloqramdır. O 4,6 litrlik V8 yanacaq mühərriki ilə təchiz edilib və təxminən 300 at gücünə malikdir.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More