Hacıqabulda ağır qəza nəticəsində ölənlərin sayı artdı

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı üçə çatıb, dörd nəfər xəsarət alıb.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, yanvarın 2-də rayon ərazisində baş verən zəncirvari qəza nəticəsində 1996-cı il təvəllüdlü Aminə Fikrət qızı Qəhrəmanova, 2008-ci il təvəllüdlü Günel Vilayət qızı Qəhrəmanova və 2016-cı il təvəllüdlü Yusif Zamin oğlu Qəhrəmanov həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüblər.

Qeyd edək ki, ötən gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Hacıqabul rayonundan keçən hissəsində VAZ-2107 markalı avtomobil “Mercedes” markalı nəqliyyat vasitəsinə, daha sonra digər avtomaşına çırpılıb, nəticədə yeddi nəfər yaralanıb. Onlardan üçü xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More