İki övladının da səhhətində problem olan ana yardım gözləyir: 600 manata ehtiyacları var

Dördaylıq körpələrin dəstəyə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onların anası Aysel Əhmədova məlumat verib.

O bildirib ki, övladları erkən doğulduqları üçün səhhətlərində problem var:

“Atilla və Altay avqust ayının 30-da 31 həftəlik olarkən dünyaya gəliblər. Erkən doğulduqları üçün ikisinin də səhhətində problemlər var. Atilla fizioloji sarılıq, Altay isə ağciyər durğunluğundan əziyyət çəkir”.

Gənc ana övladlarının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:

“Uşaqlar erkən doğulduqları üçün bir müddət küvəzdə saxlamağa məcbur olduq. Həmin dövrdə, demək olar ki, əlimizdə olan hər şeyi verdik. Dost-tanışın dəstəyi ilə də müalicələrini edirik. Həkimlər uşaqların düzgün müalicə ediləcəyi halda tamamilə sağala biləcəklərini deyirlər. Hazırda uşaqların müalicəsi üçün aylıq 500-600 manata ehtiyacımız olur. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirəm”.

Ailə ilə əlaqə: (077) 579-77-23

“Leobank”: 4098 5844 9655 6208.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More