“Milan” İtaliya Superkubokunun yarımfinal matçına ciddi itki ilə çıxacaq

“Milan”ın hücumçusu Rafael Lean İtaliya Superkubokunun “Yuventus”la yarımfinal oyununu buraxacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “rossonerilər”in baş məşqçisi Serjiu Konseysau yerli mətbuata açıqlamasında bildirib.

O, portuqaliyalı hücumçunun zədə səbəbindən meydana çıxa bilməyəcəyini söyləyib.

Qeyd edək ki, “Milan” – “Yuventus” görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cütün qalibi həlledici mərhələdə “İnter”lə qarşılaşacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More