Neymar “Əl-Hilal” rəsmilərini qəzəbləndirdi

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən Neymar növbəti dəfə komandanın məşqini buraxıb.

Oxu.Az xəbər verir ki, futbolçu qarın nahiyəsindəki ağrılara görə hazırlığa qatılmayıb.

Klub rəsmiləri Neymarın bu hərəkətindən qəzəblənərək müqaviləsinə xitam vermək barədə danışıqlara başlayacaqlarını bildiriblər.

Xatırladaq ki, Neymar bunadək 2023-cü ilin oktyabrından 2024-cü ilin oktyabrına qədər zədə üzündən meydanlardan kənarda qalıb.

Futbolçu cari mövsümdə cəmi iki oyun keçirdikdən sonra da zədələnib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More